Bu il sanitariya sahəsində yol verdikləri qanun pozuntularına görə 156 nəfər haqqında istintaq orqanlarına müraciət olunub

Bu il sanitariya sahəsində yol verdikləri qanun pozuntularına görə 156 nəfər haqqında istintaq orqanlarına müraciət olunub
# 15 dekabr 2009 13:50 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin 11 ayı ərzində Respublika Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 1512 nəfər sanitariya sahəsində yol verdikləri qanun pozuntularına görə inzibati qaydada cərimə olunub. Bu barədə APA-ya Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, sanitariya sahəsində yol verdikləri qanun pozuntularına görə 156 nəfər haqqında istintaq orqanlarına müraciət olunub. 479 obyektin fəaliyyətinin dayandırılması ilə bağlı qərar qəbul olunub: “546 nəfərin sanitariya qaydalarını pozduğuna və tibbi müayinə olunmadığına görə işdən kənarlaşdırılması haqqında təklif verilib. Ötən müddət ərzində 7155 nümunə bakterioloji göstəricilərinə görə müayinə olunub. Onlardan 158 nümunə qeyri-kafi qiymətləndirilib. 12539 nümunə kimyəvi müayinələrdən keçirilib, onlardan 285 nümunə qeyri-kafi hesab edilib. Toksikoloji müayinədən keçirilən 2548 nümunədən 101-də qeyri-kafi nəticələr aşkarlanıb. 316 ərzaq məhsulu nümunəsi radioloji göstəricilərinə görə müayinə olunub və normalara cavab verib. Laborator analizlərdən keçirilən 933 soyuq qəlyanaltıdan 15-də, 47896 yaxma nümunəsindən 1019-da qeyri-kafi nəticələr aşkar olunub”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR