Bu il Azərbaycanda 581 nəfər qidadan zəhərlənib

Bu il Azərbaycanda 581 nəfər qidadan zəhərlənib
# 15 dekabr 2009 13:54 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu ilin 11 ayı ərzində Azərbaycanda 491 qida zəhərlənməsi hadisəsi qeydə alınıb, 581 nəfər zərərçəkən olub. Bu barədə APA-ya Respublika Sanitariya və Epidemiologiya Mərkəzinin qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirib. Onun sözlərinə görə, qida zəhərlənmələri nəticəsində zərərçəkənlərin 18-də botulizm hadisəsi qeydə alınıb: “Botulizm hadisəsinin 1-i ölümlə nəticələnib. Baş vermiş 491 qida zəhərlənməsinin yalnız 2-si ərzaq məhsulu ilə bağlı olub. Onlardan biri Ukraynadan gətirilmiş ərzaq məhsulu, digəri isə Qaradağ rayonunda fəhlələr arasında baş vermiş qida zəhərlənməsi ilə bağlıdır. Qalan 489 hadisə məişətdə baş vermiş zəhərlənmələrdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR