Türkdilli Dövlətlərin QHT-lərinin I Bakı Forumuna hazırlıqlar başlayıb

Türkdilli Dövlətlərin QHT-lərinin I Bakı Forumuna hazırlıqlar başlayıb
# 16 dekabr 2009 02:19 (UTC +04:00)
Bakı – APA. Dekabrın 10-13-də Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun üzvləri Rauf Zeyni və İham İsmayılov Ankarada işgüzar səfərdə olub. APA-nın məlumatına görə, səfərdə məqsəd Azərbaycan və Türkiyə QHT-ləri arasında əlaqələrin qurulması və inkişaf etdirilməsi, eyni zamanda 2010-cu ilin aprel ayında Bakıda keçirilməsi nəzərdə tutulan Türk Dövlətləri QHT-lərinin I Bakı Forumuna hazırlıqla bağlı məsələlərin müzakirəsi olub.

Səfər çərçivəsində Azərbaycan-Türkiyə QHT İşçi Qrupunun heyəti Türkiyədən olan üzv təşkilatların rəhbərləri və digər sivil toplum quruluşları ilə Ankarada Türkiyə Strateji Araşdırmalar Mərkəzinin (TürkSAM) başqan yardımçısı, Celalettin Yavuz, Türk Ocakları başkanları, Türk Azərbaycan Dərnəkləri Federasyonu rəhbərləri, Türkiyə Qastrentoloji Vakfının rəhbəri Ali Özden, İPMA Dünya Konqresi Başkanı Çətin Elmas və digər tanınmış şəxslərlə görüşərək, iki ölkə arasındakı ictimai əlaqələrin durumu, iki ölkə QHT-lərinin qarşılıqlı əlaqələri ilə bağlı müzakirələr aparıb, Bakıda keçiriləcək Türk Dövlətlərin QHT-lərinin I Bakı Forumunun gündəliyini müzakirə ediblər.

Səfər çərçivəsində İşçi Qrupunun heyəti Ankarada Heydər Əliyevin anım gününə də qatılıb.

R.Zeyni və İ.İsmayılov Azərbaycanın Türkiyədəki səfirliyində olub, səfir Zakir Həşimovla vətəndaş cəmiyyətinin inkişafı naminə beynəlxalq əlaqələrin gücləndirilməsi və Azərbaycan-Türkiyə QHT-lərinin əməkdaşlıq perspektivlərini müzakirə ediblər.

İşçi Qrupunun üzvləri Türkiyədə təhsil alan azərbaycanlı tələbələrlə də görüşərək, onların problemləri ilə maraqlanıblar.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR