Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 12% artıb

Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq əmək haqqı 12% artıb
# 16 dekabr 2009 13:53 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,7% artaraq 296 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, digər fəaliyyət növləri ilə müqayisədə mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi və tikinti sahələrində orta aylıq əmək haqqı daha yüksək olub.

Cari ilin yanvar-oktyabr aylarında müəssisə və təşkilatlarda işçilərə əmək haqqı fonduna daxil edilməyən 10,9 milyon manatlıq sosial xüsusiyyətli ödəmələr verilib ki, bunların da əsas hissəsini mədənçıxarma sənayesi, nəqliyyat, anbar təsərrüfatı və rabitə, elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahələrində, habelə emal sənayesində çalışan işçilər alıb.

Bu dövrdə müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 163,6 manat və mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı 278,1 manat təşkil edib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR