Bu il ərzində Azərbaycan təbii fəlakətlərin aradan qaldırılmasına 30.3 milyon manatdan çox vəsait ayrılıb

Bu il ərzində Azərbaycan təbii fəlakətlərin aradan qaldırılmasına 30.3 milyon manatdan çox vəsait ayrılıb
# 16 dekabr 2009 14:40 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. 2009-cu ildə ölkə ərazisində baş verən 5684 yanğın hadisəsində 140 nəfərin həyatı xilas edilib. APA-nın xəbərinə görə, fövqəladə
hallar naziri, general-polkovnik Kamaləddin Heydərov bildirib ki, bu il nəzarətdə olan su hövzələrində batma faktı olmayıb, nəzarətsiz su hövzələrində isə 54 nəfərin batması faktı qeydə alınıb. Eyni zamanda, nəzarət olunan çimərliklərdə 251 nəfərin həyatı xilas edilib.

K. Heydərov həyata keçirilən təcili axtarış-xilasetmə və qəza-xilasetmə tədbirləri nəticəsində 524 müxtəlif qəza hadisəsi zamanı 375 nəfərin xilas edildiyini, 131 nəfərə ilkin təxirəsalınmaz və tibbi yardım göstərildiyini deyib: “Cari ildə baş verən yanğınlar nəticəsində respublika ərazisində 201 hektar biçilməmiş taxıl sahəsi yanıb, 72 min hektara yaxın taxıl sahəsi isə mühafizə olunub. Nazirlik tərəfindən təbii fəlakət və texnogen qəzaların nəticələrinin aradan qaldırılması üzrə aparılan işlərlə yanaşı, sosial obyektlərdə təhlükəsizliyin təmin edilməsi məqsədilə 19 obyektdə 2009-cu ildə 1 milyon 865,5 min manat həcmində bərpa və gücləndirilmə işləri aparılıb”.

Nazirin sözlərinə görə, 2009-cu ildə leysan yağışlar nəticəsində Masallı, Şirvan, Qəbələ, Qax, Xaçmaz, Qusar və Hacıqabul rayonları ərazisində fərdi yaşayış evlərinə, sosial obyektlərə və infrastruktura ciddi ziyan dəyib. Təkcə Hacıqabul rayonu ərazisində 300-ə qədər yaşayış evi və həyətyanı sahə su altında qalıb: “Təbii fəlakətlərin aradan qaldırılması üçün təkcə bu il 30.3 milyon manatdan çox vəsait ayrılıb. Müxtəlif rayonlar ərazisində təbii fəlakətlər nəticəsində ziyan çəkən insanlar üçün yeni yaşayış evləri tikilərək istifadəyə verilib”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR