Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi Yeni il münasibətilə xeyriyyə tədbiri keçirib

Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi Yeni il münasibətilə xeyriyyə tədbiri keçirib
# 17 dekabr 2009 07:35 (UTC +04:00)
Moskva. Roman Ağayev – APA. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi valideyn himayəsindən məhrum yetim uşaqlar üçün növbəti xeyriyyə aksiyası keçirib. APA-nın Moskva müxbirinin məlumatına görə, nümayəndəliyin rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə “Bakı” kino-konsert kompleksində Rusiya paytaxtındakı 20 uşaq evi və internat məktəbindən olan uşaqlar üçün əyləncəli proqram təşkil edilib. Əyləncəli proqramda Şaxta baba və Qar qız uşaqları təbrik edib, klounlar maraqlı nömrələrlə uşaqları sevindirib. Dövlət Akademik Kukla Teatrının səhnələşdirdiyi “Pişik Leopold” tamaşası maraqla qarşılanıb. Sonda uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr verilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR