Azərbaycanda əlilliyin verilməsi qaydaları dəyişdirilir

Azərbaycanda əlilliyin verilməsi qaydaları dəyişdirilir
# 17 dekabr 2009 08:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov bildirib.

N.Məmmədov deyib ki, tibbi sosial ekspert komissiyalarında struktur dəyişiklikləri ediləcək: “Hazırda bu komissiyalar gücləndirilmiş iş rejimində işləyir. Gün ərzində komissiyalar orta hesabla 40-50 nəfər qəbul edirsə, bu, keyfiyyətə təsir edir. Biz hesab edirik ki, orta hesabla gün ərzində 20-25 nəfər qəbul olunmalıdır. Çünki mürəkkəb ekspertizaların aparılması vaxt tələb edir. Gün ərzində 50 xəstənin qəbul olunması isə paradoksal haldır”.

N.Məmmədov əlavə edib ki, tibbi sosial ekspert komissiyalarında struktur dəyişiklikləri etmək əlillərə daha düzgün diaqnoz qoyulması məqsədinə xidmət edəcək.

Xatırladaq ki, hazırda Azərbaycanda 432 min əlil var.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR