Azərbaycanın rayonlarında şaxta olacaq

Azərbaycanın rayonlarında şaxta olacaq
# 17 dekabr 2009 08:48 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında şimal-qərb küləyinə keçəcək. Havanın temperaturu gündüz 10-13 dərəcə, axşam 5-7 dərəcə isti olacaq.

Dekabrın 18-də hava buludlu keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Gündüz hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-7 dərəcə, gündüz 8-10 dərəcə isti olacaq.

Dekabrın 19-da hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Dekabrın 20-də hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6 dərəcə, gündüz 9-12 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında dekabrın 18-də hava gündüz, əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı ehtimalı var. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 9-13 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Dekabrın 19-20-də hava, əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, ayrı-ayrı şərq rayonlarında çiskinli olacağı ehtimalı var. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 1-6 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın iki gündə Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR