Yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı 20% artıb

Yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında çalışanların orta aylıq əmək haqqı 20% artıb
# 26 dekabr 2006 10:18 (UTC +04:00)
Cari ilin yanvar-noyabr aylarında Azərbaycan iqtisadiyyatında çalışan işçilərin orta aylıq əmək haqqı 140,4 AZN təşkil edib və bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 19,9% çoxdur.
Dövlət Statistika Komitəsindən APA-ya verilən məlumata görə, yüksək orta aylıq əmək haqqı ölkə iqtisadiyyatının mədənçıxarma sənayesində, maliyyə fəaliyyətində, daşınmaz əmlakla əlaqədar əməliyyatlar, icarə və istehlakçılara xidmət göstərilməsi sahəsində, tikinti təşkilatlarında çalışan işçilərə məxsus olub.
Qeyd edək ki, bu ilin yanvar-okyabr aylarında müəssisə və təşkilatlarda işçilərə 6,6 mln. manatlıq sosial xüsusiyyətli ödəmələr verilib, bunların da əsas hissəsini elektrik enerjisi, qaz və suyun istehsalı və bölüşdürülməsi sahəsində, nəqliyyat, anbar təsərrüfatı və rabitə sahələrində, emal sənayesində, dövlət idarəetməsi və müdafiə, sosial təminatın vəzifələri sahəsində çalışan işçilər alıblar.
Müəssisə və təşkilatlarda çalışan kənar əvəzçilərin orta aylıq əmək haqqı 66,1 manat, mülki-hüquqi xarakterli müqavilələr üzrə işləyənlərin orta aylıq əmək haqqı isə 124,1 manat olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR