Balakənin bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb

Balakənin bəzi yaşayış məntəqələrinə elektrik enerjisinin verilməsi dayandırılıb
# 18 yanvar 2007 08:58 (UTC +04:00)
Yanvarın 16-dan etibarən Balakən rayon mərkəzinin bir hissəsinə və bəzi kəndlərə elektrik enerjisinin verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon sakinləri məlumat verib. Onlar Balakən Paylayıcı Elektrik Şəbəkəsinin əməkdaşlarının elektrik enerjisinin kəsildiyi ərazilərdə yaşayan ailələrə 18 manat məbləğində ödəmə bildirişi payladığını bildiriblər. Əhali bu vəsaiti ödəməkdən imtina etdikdən sonra həmin ərazilərdə yaşayan sakinlərə 15 AZN məbləğində ödəmə bildirişi verilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, vətəndaşlar bu vəsaiti də ödəməkdən imtina ediblər və Balakən Paylayıcı Elektrik Şəbəkəsinin rəhbərliyi həmin ərazilərə elektrik enerjisinin verilməsini dayandırmaq barədə göstəriş verib. Balakən rayon icra hakimiyyətindən APA-ya bildiriblər ki, elektrik enerjisinin qiyməti qalxdıqdan sonra, bəzi yaşayış məntəqələrində istifadə olunan elektrik enerjisinə görə ödəmələrdə problemlər yaranıb. Hazırda Balakən Paylayıcı Elektrik Şəbəkəsi tərəfindən həmin ərazilərdə sayğacların quraşdırılmasını intensivləşdirib. Bu gün səhərdən bəzi ərazilərə elektrik enerjisinin verilməsi artıq bərpa olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR