Rusiyada yaşayan hər bir azərbaycanlı əmək miqrantı hər ay orta hesabla vətənə 150 dollar göndərir

Rusiyada yaşayan hər bir azərbaycanlı əmək miqrantı hər ay orta hesabla vətənə 150 dollar göndərir
# 25 yanvar 2007 10:59 (UTC +04:00)
APA-nın məlumatına görə, bunu ötən ilin yekunlarına dair keçirdiyi mətbuat konfransında Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev bildirib.
A.Vəliyevin sözlərinə görə, bura Dağlıq Qarabağda yaşayan 120 min Azərbaycan vətəndaşı olan ermənilər də daxil edilib. Komitə sədri bildirib ki, iqtisadi fəal əhali 3 mln. 973 min nəfərdir. Ötən il Azərbaycanda hər saatda 17, gündə 408, il ərzində isə 148,7 min uşaq doğulub. Ötən il nigah bağlayanlar arasında erkən yaşda nigaha girənlərin sayı artıb. Hesabat dövründə ölkəyə gələnlərdən 2 200 nəfər qeydiyyata alınıb. Eyni zamanda 2 600 nəfər ölkəni tərk edib.
Qeyd edək ki, 1999-cu ildə aparılmış əhalinin statistikasına əsasən, hazırda Bakıda və digər şəhərlərdə 1 min nəfərdən artıq erməni millətindən olan əhali yaşayır. Amma bu sayın göstəriləndən çox olması güman edilir. Bundan başqa, DSK-da Azərbaycana iş dalınca gəlmiş 3 min nəfərdən artıq əcnəbi qeydiyyatdadır.
“Rusiyada yaşayan azərbaycanlıların sayı bu ölkədə 2002-ci ildə keçirilmiş siyahıyaalınmaya əsasən, 621 min nəfərdir. Bunlardan 155 min nəfəri Rusiya vətəndaşlarıdır. Bu, rəsmi statistikaya görə, hazırda Rusiyada 470 mindən artıq azərbaycanlı işləyir”, - deyə A.Vəliyev vurğulayıb.
DSK sədrinin sözlərinə görə, Rusiyada yaşayan azərbaycanlı əmək miqrantları ölkəyə hər ay orta hesabla adambaşına 150 ABŞ dolları məbləğində vəsait göndərirlər ki, bu da ümumi daxili məhsulun təxminən 6%-ni təşkil edir. Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə isə, bu göstərici 130 dollara bərabərdir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR