Son 10 il ərzində dünyada əmək məhsuldarlığı 26%, işçilərin sayı isə cəmi 16,6% artıb

Son 10 il ərzində dünyada əmək məhsuldarlığı 26%, işçilərin sayı isə cəmi 16,6% artıb
# 25 yanvar 2007 11:51 (UTC +04:00)
Son onillik (1997-2006-cı illər) ərzində dünya miqyasında əmək məhsuldarlığı 26% artıb. Bununla yanaşı, dünyada işləyənlərin sayı cəmi 16,6% çoxalıb. APA-nın verdiyi məlumata görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının “2007-ci il üçün məşğulluq sahəsində qlobal tendensiyalar” adlı məruzəsində deyilir.
Məruzədə qeyd edilir ki, işsizlik, ilk növbədə, 15-24 yaşında gənclər arasında yayılıb. Belə ki, 2006-cı ildə dünyada 86,3 mln. işsiz gənc qeydə alınıb dünyadakı işsizlərin ümumi sayının 44%-i. Ötən il dünyada işsizlərin sayı 195,2 mln. nəfər təşkil edib. Məruzədə deyilir ki, işsizlərin sayı hədsiz yüksək səviyyədə qalıb və əmək qabiliyyətli insanların ümumi sayının 6,3%-i təşkil edib. İqtisadi yüksəlişin çox sürətlə getməsinə baxmayaraq, bu göstərici 2005-ci illə müqayisədə, demək olar ki, dəyişməyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR