Tahir Tağızadə: “Həmsədrlərin azərbaycanlı icması ilə görüşməməsini siyasiləşdirmək düzgün deyil”

Tahir Tağızadə: “Həmsədrlərin azərbaycanlı icması ilə görüşməməsini siyasiləşdirmək düzgün deyil”
# 25 yanvar 2007 14:47 (UTC +04:00)
Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Yuri Merzlyakov (Rusiya), Bernar Fasie (Fransa), Metyu Brayza (ABŞ) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik regiona səfərləri çərçivəsində separatçı Dağlıq Qarabağ rejimi ilə danışıqlar aparıb. Vasitəçilərin Ermənistandan əvvəl Bakıda olarkən Dağlıq Qarabağın azərbaycanlı icması ilə danışıqlar aparmamasını şərh edən Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəisi Tahir Tağızadə hesab edir ki, bu məsələni siyasiləşdirmək düzgün deyil: “Həmsədrlərin öz iş qrafikləri var. Onlar qrafikə uyğun olaraq regiona səfər zamanı bir dəfə azərbaycanlı, növbəti dəfə isə erməni icması ilə görüşə bilərlər. Elə də olar bilər ki, icmaların heç biri ilə görüş keçirməsinlər, bunu onlar qrafikə uyğun müəyyən edirlər”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR