Azad Rəhimov: “Gənclərin sosial ipoteka kreditləri ilə təminatında ailəlilərə üstünlük veriləcək”

Azad Rəhimov: “Gənclərin sosial ipoteka kreditləri ilə təminatında ailəlilərə üstünlük veriləcək”
# 26 yanvar 2007 10:35 (UTC +04:00)
“Hazırda Azərbaycanda 60 min gənc ailənin mənzilə ehtiyacı var və sosial ipotekanın tətbiqi bu problemin aradan qaldırılmasına imkan verəcək”. APA-nın məlumatına görə, bunu jurnalistlərə verdiyi açıqlamasında gənclər və idman naziri Azad Rəhimov deyib.
A.Rəhimovun sözlərinə görə, 2007-ci ilin dövlət büdcəsində ipoteka üçün nəzərdə tutulan vəsaitin həcmi böyük olmasa da, kreditlərin alınması üçün müraciətlər çox olacağı təqdirdə əlavə vəsaitlərin ayrılması mümkündür. Yaxın vaxtlarda Nazirlər Kabineti tərəfindən bunun üçün investisiya proqramı təsdiqlənəcək.
A.Rəhimov həmçinin vurğulayıb ki, prezident tərəfindən təsdiq olunmuş meyarlara əsasən, ipoteka kreditlərini tək nigahda olanlar deyil, subay gənclər də ala bilər. Bununla belə, ilk növbədə ailəlilərə üstünlük veriləcək.
Qeyd edək ki, sosial ipoteka üzrə maksimal illik faiz dərəcəsi 4%, maksimal müddət 30 il, maksimal məbləğ isə 35 min manat səviyyəsində müəyyənləşdirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR