Azərbaycanda yaşayan əcnəbi vətəndaşların yalnız 5%-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə alıb

Azərbaycanda yaşayan əcnəbi vətəndaşların yalnız 5%-i əmək fəaliyyəti ilə məşğul olmaq üçün icazə alıb
# 31 yanvar 2007 14:10 (UTC +04:00)
Hazırda Azərbaycanda 27 mindən artıq əcnəbi vətəndaş yaşasa da faktiki olaraq miqrasiya xidmətində cəmi 1 315 nəfər (5%) qeydiyyatdan keçib və əmək fəaliyyəti ilə məşğul olmaq üçün müvafiq icazə alıb. APA-nın bildirdiyinə görə, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov məlumat verib.
F.Ələkbərov bildirib ki, “Miqrasiya haqqında” qanuna görə, Azərbaycana gələn hər bir əcnəbi vətəndaş fərdi qaydada icazə almaq üçün bir ilə 44 manat məbləğində dövlət rüsumu ödəməlidir. Miqrasiya xidmətində qeydiyyatda dayanmamaları səbəbindən əcnəbilər təqribən 1 mln. manatdan artıq vəsaiti dövlət büdcəsindən yayındırmış olurlar.
“Hər il Azərbaycanın əmək bazarına ən azı 150 min yeni işçi qüvvəsi daxil olur. Bunun yarısından az bir hissəsi isə pensiyaya çıxır. Bəzi bizim məzunlarımız o qədər də əmək bazarının ehtiyaclarını yüksək səviyyədə ödəyə bilmirlər. Hamı daha təcrübəli əmək qabiliyyəti olan işçilərə üstünlük verir”, - deyə F.Ələkbərov vurğulayıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR