Bakıda Cənubi Qafqazda reproduktiv sağlamlıq məsələlərinə həsr olunmuş parlament görüşü keçirilir

Bakıda Cənubi Qafqazda reproduktiv sağlamlıq məsələlərinə həsr olunmuş parlament görüşü keçirilir. APA-nın xəbərinə görə, toplantıda reproduktiv sağlamlıq və gender problemləri ilə bağlı videorolik nümayiş etdirilib və mövzuya dair bəzi deputatların çıxışları olub. BMT-nin Azərbaycandakı nümayəndəsi Bruno Pouezat Azərbaycan prezidentinin 2007-ci ili “Gənclər ili” elan etməsindən, Azərbaycan parlamentində xeyli gəncin təmsil olunmasından və Milli Məclisdə bu sahəyə böyük diqqət yetirilməsindən məmnun olduğunu bildirib. Ombudsman Elmira Süleymanova isə “Cənubi Qafqazda gənclərin reproduktiv sağlamlıq təşəbbüsü” tipli proqramların inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb: “Hazırda həm hökumət, həm qeyr-hökumət təşkilatları, həm də xalq bu problemlə məşğul olmağa hazırdır”. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Sədaqət Qəhrəmanova qeyd edib ki, gənclərin reproduktiv sağlamlığı və gender məsələləri ilə bağlı maarifləndirici işlər rayonlardan başlamalıdır. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
