Paytaxt polisi martın 7-dən 11-dək gücləndirilmiş rejimdə işləyəcək

Bu barədə APA-ya BŞBPİ-nin rəis müavini, general-mayor Yaşar Əliyev məlumat verib. Rəis müavininin sözlərinə görə, Forumda iştirak etmək üçün Azərbaycana 45 ölkədən 600-dən çox nümayəndə gələcək. Paytaxt polisi şəhərdə əhalinin sıx olan yerlərində, nəqliyyatın intensiv hərəkət etdiyi küçələrdə müşahidələr aparacaq, qonaqların qaldığı 8 otelin ətrafında, Heydər Əliyev adına və Gülüstan saraylarında mühafizə xidmətlərindən ibarət postlar yaradacaq, BŞBPİ-nin İctimai Təhlükəsizlik İdarəsində mərkəzləşdirilmiş qaydada bütün postlarla əlaqə saxlamaq üçün daimi qərargah fəaliyyət göstərəcək. Bundan başqa, Forum iştirakçılarını hərəkət etdikləri ərazilərdə polis əməkdaşları mühafizə edəcək: “Forum iştirakçılarının təhlükəsizliyi Bakı polisi tərəfindən maksimum təmin olunacaq”. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
