UNİCEF-in Mərkəzi, Şərqi Avropa və MDB üzrə regional direktoru Azərbaycana gələcək

Martın 11-də UNİCEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Mariya Kalivisin Azərbaycana 3 günlük səfəri başlayacaq. UNİSEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, səhiyyə, təhsil və müdafiə sahəsində uşaqlar üçün əldə edilmiş nəticələr səfərin əsas müzakirə mövzusu olacaq. Səfər zamanı M. Kalivisin Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Milli Məclisin sədri Oqtay Əsədov, parlamentin sosial siyasət, insan hüquqları və beynəlxalq əlaqələr daimi komissiyalarının sədrləri, hökumət rəsmiləri, o cümlədən baş nazirin müavini, səhiyyə, əmək və əhalinin sosial müdafiəsi, təhsil, gənclər və idman, iqtisadi inkişaf nazirləri ilə görüşləri nəzərdə tutulub. Görüşlərdə uşaqların müdafiəsi ilə bağlı ümumi məsələləri və minilliyin inkişaf məqsədlərinə nail olmağın zəruriliyi müzakirə ediləcək. Qonağın Dərnəgül qəsəbəsində məskunlaşan məcburi köçkünlərə baş çəkərək orada yaşayan uşaqların vəziyyəti ilə tanış olacağı da gözlənilir. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
