Novruz bayramı münasibəti ilə Bakı şəhər İcra Hakimiyyəti tədbirlər planı hazırlayıb

Novruz bayramı münasibəti ilə Bakı şəhər İcra Hakimiyyəti tədbirlər planı hazırlayıb
# 10 mart 2007 09:28 (UTC +04:00)
Bu barədə APA-ya Bakı Şəhər İcra Hakimiyyətinin ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov məlumat verib. Onun sözlərinə görə, bu il martın 20-də keçiriləcək tədbirlər də ənənəyə uyğun olacaq: “Amma biz müəyyən fərqli yeniliklər üzərində də düşünürük, sadəcə hələlik bununla bağlı qəti qərar verilməyib”. İçəri Şəhər, Qoşa Qala qapısı və Milli Parkda Bakının bütün rayonlarının iştirakı ilə təşkil ediləcək tədbirlər səhər saat 10.00 -11.00 radələrində başlayacaq. Tədbirlərdə Azərbaycan prezidentinin iştirakı da gözlənilir. Z. Ramazanovun sözlərinə görə, səhər başlayan tədbrlər 4-5 saat davam edəcək və axşam saatlarında Milli Parkda konsert şənliyi başlayacaq. Gecə isə Milli Parkda bayram münasibətilə atəşfəşanlıq olacaq.
Z. Ramazanov onu da qeyd edib ki, bayram şənlikləri təkcə mərkəzdə deyil, Bakının ayrı-ayrı rayonlarının ərazilərindəki parklarda da təşkil olunacaq. Bu tədbirləri paytaxtın müvafiq icra hakimiyyətləri təşkil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR