Azad İstehlakçılar Birliyi yürüş keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib

Azad İstehlakçılar Birliyi yürüş keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib
# 10 mart 2007 09:39 (UTC +04:00)
Azad İstehlakçılar Birliyi (AİB) 15 Mart Ümumdünya İstehlakçılar Günü münasibəti ilə əlaqədar yürüş keçirməklə bağlı Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib. Bu barədə APA-ya birliyin sədri Eyyub Hüseynov məlumat verib. Aksiyanın saat 13.00-da Neftçilər metrosundan başlaması və saat 14.00-da Neft Yağ Emalı Zavodunun qarşısında başa çatdırılması nəzərdə tutulub. E. Hüseynov aksiyada “Alarkən aldanma!”, “Alıcıları aldatmayın!”, “Yararsız mallar zibilliyə!” şüarlarının səslənəcəyini bildirib. Bu tipli aksiyaların Sumqayıt, Gəncə və digər böyük şəhərlərdə də keçirilməsi nəzərdə tuulub./APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR