Ağdamın işğal olunmamış yaşayış məntəqələrində yolların təmirinə başlanıb

Ağdamın işğal olunmamış yaşayış məntəqələrində yolların təmirinə başlanıb. Artıq bir neçə kilometr yola asfalt örtük döşənib. Rayon İcra Hakimiyyətindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, rayonun işğal altında olmayan yaşayış məntəqələrinin hamısında kəndarası yolların bərpası nəzərdə tutulub. Bu işlərin gələn ilin ortalarına qədər başa çatdırılması nəzərdə tutulur. /APA/
Sosial

Qəbul imtahanlarında 28 mindən çox abituriyentin iştirakı gözlənilir

Bu gün I ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilir

Azərbaycanda son sutkada COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
