Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üç tender keçirir

Azərbaycanın Fövqəladə Hallar Nazirliyi üç tender keçirir
# 12 mart 2007 11:09 (UTC +04:00)
Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN) 2007-ci il üçün tələb olunan ərzaq məhsulları, əşya əmlakı, maşın və avadanlıqların satın alınması məqsədilə tenderlər elan edib. Tender Komissiyasından APA-Economics-ə verilən məlumata görə, birinci tender bir lot üzrə keçirilir və iştirak haqqı 200 manat, ikinci tender üç lot üzrə keçirilir və hər biri üzrə iştirak haqqı 150 manat, üçüncü tender isə dörd lot üzrə keçirilir və hər biri üzrə iştirak haqqı 200 manat təşkil edir. Birinci və ikinci tenderlər üzrə bütün sənədlər aprelin 13-dək, üçüncü tender üzrə sənədlər isə aprelin 27-dək təqdim olunmalıdır. Tender təklifləri müvafiq olaraq aprelin 16-da və 30-da açılacaq. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR