UNICEF-in regional direktorunun Azərbaycana səfəri başlayıb

Dünən gecə Azərbaycana 3 günlük səfərə gələn UNICEF-in Mərkəzi və Şərqi Avropa və Müstəqil Dövlətlər Birliyi üzrə regional direktoru xanım Maria Kalivis bu gün görüşlər keçirməyə başlayıb. UNİSEF-in Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, bu gün səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət edən qonaq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova ilə görüşüb. Bu gün o, baş nazirin müavini Elçin Əfəndiyev, ombudsman Elmira Süleymanova, Milli Məclisinin spikeri Oqtay Əsədov və ya vitse-spiker Bahar Muradova, eyni zamanda millət vəkilləri Hadı Rəcəbli, Rəbiyyət Aslanova, Səməd Seyidov, sabah isə təhsil naziri Misir Mərdanov, səhiyyə naziri Oqtay Şirəliyev, gənclər və idman naziri Azad Rəhimov, iqtisadi inkişaf naziri Heydər Babayev, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovla görüşəcək. Martın 14-də Maria Kalivis Dərnəgül qəsəbəsində məskunlaşmış məcburi köçkünlərə baş çəkərək, orada yaşayan uşaqların vəziyyəti ilə də tanış olacaq. Daha sonra o, Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva ilə görüşəcək. Görüşlərdə Azərbaycanın səhiyyə, təhsil və müdafiə sahəsində uşaqlar üçün əldə etdiyi nəticələr əsas müzakirə mövzusu olacaq. M. Kalivisin səfəri martın 15-də tamamlanacaq. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
