Polis Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək

Polis Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək
# 12 mart 2007 11:15 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Novruz bayramı günlərində gücləndirilmiş rejimdə işləyəcək. BŞBPİ-dən APA-ya verilən məlumata görə, bununla bağlı BŞBPİ-də tədbirlər planı hazırlanacaq. Bayram günlərində Bakıda Novruz tədbirləri keçiriləcək bütün park və meydanlarda Post Patrul Xidməti təşkil olunacaq, ictimai təhlükəsizliyinin təmin olunması üçün lazımı tədbirlər görüləcək.
Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Novruz bayramı münasibəti ilə paytaxtın bir neçə yerində şənliklər təşkil edəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR