MTRŞ “Aygün TV” kanalına verilmiş lisenziyanın müddətinin artırılması məsələsini sabah müzakirə edəcək

Milli Televiziya və Radio Şurasının sabah keçiriləcək toplantısında Zaqatalada fəaliyyət göstərən “Aygün TV” televiziya kanalına verilmiş lisenziyanın müddətinin artırılması məsələsi müzakirə olunacaq. Bu barədə APA-ya MTRŞ_dan məlumat verilib. Xatırladaq ki, MTRŞ “Aygün TV” kanalına verilmiş lisenziyasının vaxtının uzadılması məsələsi bir müddət əvvəl müzakirə etsə də, konkret qərar qəbul etməyib. MTRŞ telekanaldan lisenziya ilə bağlı yaranan nöqsanların aradan qaldırmasını tələb edib. Bundan başqa MTRŞ üzvləri vəziyyətlə tanış olmaq üçün Zaqatalaya ezam olunublar. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
