Gəncədə diri quş ətinin satışına qoyulmuş qadağa götürülə bilər

Gəncədə diri quş ətinin satışına qoyulmuş qadağa mart ayının sonlarında götürülə bilər. Bu barədə APA-nın Qərb bürosuna Gəncə Baytarlıq İdarəsinin rəisi Hüseyn Abbasov məlumat verib. Onun sözlərinə görə, martın sonları, aprelin əvvəllərindən etibarən havaların istiləşməsi “quş qripi” virusunun yayılması ehtimalını azaldır: “Məlum olduğu kimi, isti şəraitdə bu virus yaşaya bilmir və məhv olur. Ona görə də diri quş ətinin satışına qoyulan qadağanın götürülməsi ehtimalı var”. /APA/
Sosial

Gəncəyə yağışdan sonra sel gəlib - FOTO

FHN-in xilasediciləri dənizdə batma təhlükəsində olan 2 nəfəri xilas ediblər - FOTO - VİDEO

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
