Goranboyda bələdiyyələrlə bağlı regional müşavirə keçirilib

Goranboyda bələdiyyələrlə bağlı regional müşavirə keçirilib
# 24 aprel 2007 09:17 (UTC +04:00)
Goranboyda şəhər, qəsəbə və kəndlərin sosial-iqtisadi inkişafında, yerli əhəmiyyətli layihələrin həllində və yaşayış məntəqələrinin abadlaşdırılmasında bələdiyyələrin iştirakına dair regional müşavirə keçirilib. APA-nın Qarabağ bürosunun məlumatına görə, müşavirədə Prezident Aparatının yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin əməkdaşları, kənd bələdiyyələrinin və Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının nümayəndələri iştirak ediblər. Müşavirədə yerli bələdiyyələrin qarşısında duran problemlər, özünüidarəetmə orqanlarının çətinlikləri və onların qarşılıqlı şəkildə əlaqələndirilməsi kimi məsələlər müzakirə olunub. Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının icraçı katibi Mahir Allahyarov bildirib ki, analoji tədbirlər respublikanın bütün kənd rayonlarında keçiriləcək və ölkənin bütün bələdiyyələrinin birgə fəaliyyətinin təmin edilməsi imkanları araşdırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR