Naxçıvandakı Heydər Əliyev Sarayında yenidənqurma işləri aparılır

Naxçıvandakı Heydər Əliyev Sarayında yenidənqurma işləri aparılır
# 30 aprel 2007 12:17 (UTC +04:00)
Naxçıvandakı Heydər Əliyev Sarayında əsaslı yenidənqurma işləri aparılır. Muxtar Respublika Mədəniyyət və Turizm Nazirliyindən APA-nın Naxçıvan bürosuna verilən məlumata görə, binanın yeni layihə əsasında inşası nəzərdə tutulub və sarayın yenidən qurulması “Gəmiqaya LTD” tikinti şirkəti tərəfindən aparılır. Layihəyə əsasən binada 1264 yerlik zal, 100-dən artıq iş otağı, geniş sərgi salonu, dekorasiya otağı və səhnə quraşdırılacaq. Üç mərtəbədən ibarət saray binasında inşaat işləri başa çatdıqdan sonra MR Mədəniyyət və Turizm Nazirliyi və onun bir neçə təşkilatı bu binada yerləşdiriləcək. Qeyd edək ki, bina 1984-cü ildə istifadəyə verilib. İndiyədək burada yüzlərlə müxtəlif dövlət tədbirləri, qastrol tamaşaları, konsert və müsabiqələr təşkil edilib. Saray 2005-ci ildən Heydər Əliyevin adını daşıyır. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR