Oktyabrın 19-da Bakıda tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək

Oktyabrın 19-da Bakıda tələbə və məzunlar üçün əmək yarmarkası keçiriləcək
# 11 oktyabr 2007 09:40 (UTC +04:00)
Azərbaycan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi oktyabrın 19-da Azərbaycan Texniki Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbə və məzunları üçün əmək yarmarkası keçirəcək.
Nazirliyin Baş Məşğulluq İdarəsindən “APA-Economics”ə verilən məlumata görə, yarmarka ATU-nun idman zalında olacaq. Yarmarkanın keçirilməsində məqsəd tələbə və məzunları işlə təmin etmək, onları ixtisasları üzrə fəaliyyət göstərən müəssisələrlə tanış etməkdir. Nazirlik belə yarmarkaları gələn il də davam etdirəcək. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR