Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi sabun və yuyucu mayelərin alınmasına dair tender keçirir

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyi sabun və yuyucu mayelərin alınmasına dair tender keçirir
# 11 oktyabr 2007 10:02 (UTC +04:00)
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyası 2007-ci ildə sabun və yuyucu mayelərin satın alınması üçün kotirovka sorğusu elan edib.
Tender Komissiyasından “APA-Economics”ə verilən məlumata görə, tenderdə iştirak etmək istəyənlər 40 manat məbləğində iştirak haqqı ödəməlidirlər. İddiaçılar sənədlərini bu ili oktyabrın 17-dək, tender təkliflərini isə oktyabrın 18-dək MTN-in Heydər Əliyev adına Akademiyasının binasına təqdim etməlidir. Təkliflər zərflərinin açılması proseduru noyabrın 18-də keçiriləcək. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR