Prokurorluq əməkdaşları məcburi köçkünlərə Ramazan sovqatı aparıb

Prokurorluq əməkdaşları məcburi köçkünlərə Ramazan sovqatı aparıb
# 11 oktyabr 2007 10:52 (UTC +04:00)
Respublika Prokurorluğu 30 rayonun prokurorluq əməkdaşları ilə birgə Bərdədə məskunlaşmış məcburi köçkünlərə Ramazan bayramı münasibətilə bayram sovqatı aparıb. Bu barədə APA-nın Qarabağ bürosuna Bərdə Rayon İcra Hakimiyyətindən məlumat verilib. Məlumatda bildirilir ki, bu ənənə 1994-cü ildən həyata keçirilməyə başlayıb və indiyədək davam etdirilir. Bayram payı təhsil ocaqlarında, ictimai binalarda və digər inzibati tikililərdə kompakt şəkildə məskunlaşmış 2000 nəfərdən çox məcburi köçkünə çatdırılacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR