Lənkəranda bayram satış-yarmarkası keçirilib

Lənkəranda bayram satış-yarmarkası keçirilib
# 11 oktyabr 2007 12:05 (UTC +04:00)
Bu gün səhər saatlarından başlayaraq Lənkəran şəhər dəmir yolu vağzalı meydanında Ramazan bayramı münasibətilə kənd təsərrüfatı və ərzaq məhsullarının satış-yarmarkası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyətinin (ŞİH) təşəbbüsü ilə təşkil olunan yarmarkaya Bakı şəhərindən 6, Lənkərandan 10, qonşu rayonlardan isə 8 şirkətin və fermer təsərrüfatının istehsal etdiyi 85 ton məhsul çıxarılıb. Qeyd edək ki, yarmarkada satılan məhsullar bazar qiymətlərindən 25-30 faiz ucuz olub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR