“17 oktyabr - Beynəlxalq Yoxsulluğun Azaldılması Gününün Azərbaycanda qeyd olunması” mövzusunda mətbuat konfransı keçirilib

“17 oktyabr - Beynəlxalq Yoxsulluğun Azaldılması Gününün Azərbaycanda qeyd olunması” mövzusunda mətbuat konfransı keçirilib
# 11 oktyabr 2007 13:12 (UTC +04:00)
Bu gün OXFAM-ın ofisində Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış (YMQÇ) beynəlxalq hərəkatının Azərbaycan üzrə Milli Koalisiyası “17 oktyabr - Beynəlxalq Yoxsulluğun Azaldılması Gününün Azərbaycanda qeyd olunması” mövzusunda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən YQMÇ Azərbaycan Milli Koalisiyasının koordinatoru Sənubər Nazarova bildirib ki, bu günün qeyd olunması ilə bağlı qərar 1993-cü ildə BMT-nin Baş Assambleyasında qəbul edilib: “Biz qərara gəlmişik ki, YQMÇ Azərbaycan Milli Koalisiyası olaraq həmin gün respublikamızda iki tədbir həyata keçirək. Bu tədbirlərdən biri Gənclər və İdman Nazirliyi və Ritmik Gimnastika Federasiyası ilə birgə ritmik şou, ikincisi isə ana və uşaq ölümünün azaldılmasına həsr olunmuş foto sərgi olacaq”. OXFAM-ın mətbuat və kampaniyalar üzrə nümayəndəsi Zahir Məmmədov çıxışında bildirib ki, Azərbaycanın 20015-ci ilədək xüsusilə təhsil, ana və uşaq sağlamlığının qorunması kimi məqsədlərə çatmaq ehtimalı çox azdır: “İlk növbədə vacib məsələlərdən olan oktyabrın 17-də olacaq Yoxsulluğun Azaldılması Günündən Azərbaycanda hətta bu işlə məşğul olan dövlət rəsmilərinin xəbəri yoxdur. Çünki ölkədə bu sahədə görüləcək işlər çox ləng aparılır”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR