BMT baş katibi Ümumdünya Ərzaq Günü münasibətilə müraciət yayıb

BMT baş katibi Ümumdünya Ərzaq Günü münasibətilə müraciət yayıb
# 11 oktyabr 2007 13:58 (UTC +04:00)
BMT-nin baş katibi Ban Ki Mun Ümumdünya Ərzaq Günü münasibətilə müraciət yayıb. BMT-nin İctimai İnformasiya Departamentindən APA-ya verilən məlumata görə, müraciətdə dünyada 854 milyon insanın xroniki aclıqdan əziyyət çəkdiyi bildirilir: “Müxtəlif nemətlərlə dolu olan dünyamızda belə hal qəbulolunmazdır. Məhz buna görə Ərzaq Hüququ bu il qeyd olunan Ümumdünya Ərzaq Gününün əsas mövzusu kimi seçilmişdir. Biz çalışmalıyıq ki, aclıqdan əziyyət çəkən 854 milyon insanın səsi eşidilsin. Biz onların əsas hüququnu müdafiə etməliyik. 1948-ci ildə İnsan Hüquqları haqqında Ümumi Bəyannamədə təsbit edildiyi kimi, ərzaq hüququ beynəlxalq və milli səviyyədə qanunvericilik sahəsində həyata keçirilən tədbirlərlə möhkəmləndirilməlidir. Biz çalışmalıyıq ki, gördüyümüz bütün işlərin əsasını hər bir insanın toxunulmazlığı və hüquqları təşkil etsin. İştirak və səlahiyyəti, məsuliyyətlilik və şəffaflığı, insan ləyaqəti və qanunun aliliyi təmin etmək üçün tədbirlərin həyata keçirilməsində hazırkı səylərimizi birləşdirməliyik. Ehtiyatlarımız, biliyimiz və vasitələrimiz kifayət qədərdir ki, Ərzaq Hüququnu hamı üçün mümkün edək. Gəlin Ümumdünya Ərzaq Günündə bunu reallaşdırmaq üçün gücümüzü birləşdirək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR