Azərbaycanda kurort mərkəzi açmaq istəyənlərə güzəştlər veriləcək

Azərbaycanda kurort mərkəzi açmaq istəyənlərə güzəştlər veriləcək
# 11 oktyabr 2007 14:40 (UTC +04:00)
“Təbii müalicə ehtiyatları və kurortlar haqqında” qanun layihəsi oktyabrın 23-də Azərbaycan parlamentində ilk müzakirəyə çıxarılacaq.
APA-Econimics”in məlumatına görə, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, Azərbaycanda təbii müalicə ehtiyatları çox olsa da, onlardan yetərincə istifadə edilmir. Yeni layihə bu imkanları artırmağı və kurort mərkəzi açmaq istəyənlərə müəyyən güzəştlərin verilməsini nəzərdə tutur: “Biz istəyirik ki, Nabranda istirahət qiymətləri heç olmasa, Antalyanın qiymətlərinə yaxınlaşsın. Xidmətlərin keyfiyyəti də beynəlxalq standartlara uyğunlaşsın”. /APA-Economics/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR