Azərbaycanda 2006-cı ildən əvvəl pensiyaya çıxanların təqaüdləri 2008-ci ildə yenidən hesablanacaq

Azərbaycanda 2006-cı ildən əvvəl pensiyaya çıxanların təqaüdləri 2008-ci ildə yenidən hesablanacaq
# 11 oktyabr 2007 15:23 (UTC +04:00)
Azərbaycanda 2006-cı ildən əvvəl pensiyaya çıxanların təqaüdlərinin gələn il yenidən hesablanacağı gözlənilir.
APA-Economics”in məlumatına görə,Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, yüksək əmək haqqı ilə pensiyaya çıxan təqaüdçülər üçün pensiya hesablanan zaman məhdudiyyətlər tətbiq edilirdi. Bu isə yüksək əmək haqqı alanların yüksək məbləğli pensiya ilə təqaüdə çıxmasına imkan vermirdi. Buna görə də, gələn il belə pensiyaçıların təqaüdlərinin növbəti dəfə hesablanması nəzərdə tutulur.
H.Rəcəbli deyib ki, pensiyaların təyini zamanı yüksək həddin tətbiq ilə bağlı məhdudiyyət 2006-cı ilin yanvarın 1-dən götürülüb. /APA-Economics/


#
#

ƏMƏLİYYAT İCRA OLUNUR