Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi xeyriyyə tədbiri keçirib

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi xeyriyyə tədbiri keçirib
# 11 oktyabr 2007 15:38 (UTC +04:00)
Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi Əzizbəyov rayonunun Buzovna qəsəbəsində yerləşən 9 saylı ruhi-əsəb, əlil və qocalar üçün internat evində "Mərhəmət" adı altında xeyriyyə tədbiri keçirib. APA-nın məlumatına görə, YAP Gənclər Birliyinin rəhbərliyi Ramazan bayramı münasibətilə internat evində yaşayan əlil, xəstə və kimsəsiz qocalara ərzaq məhsullarından ibarət bayram sovqatı hədiyyə edib. Burada məskunlaşan bütün insanları bayram münasibətilə partiya gəncləri adından təbrik edən Gənclər Birliyinin sədri Ramil Həsənov bildirib ki, YAP üzvü olan gənclər yardıma ehtiyacı olan vətəndaşlarımıza mənəvi və maddi dəstək göstərməyi bütün özlərinin mənəvi borcu hesab edir: “Bu görüş və kiçik hədiyyələr onların az da olsa sevincinə səbəb olacaqsa, biz bundan qürur duyacağıq. Arzu edirik ki, imkanlı insanlarımız sizin yaxınlarınız hər zaman yanınızda olsun, sizinlə maraqlansınlar". İnternat Evinin direktoru Adilə Əliyeva göstərilən qayğıya görə dövlət başçısı İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, partiyanın bütün gənclərinə minnətdarlığını bildirib. Qeyd edək ki, növbəti belə aksiya Qurban bayramı münasibətilə təşkil olunacaq. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR