Bakıda MDB və Baltikyanı ölkələrin gənc liderlərinin forumu keçirilir

Bakıda MDB və Baltikyanı ölkələrin gənc liderlərinin forumu keçirilir
# 12 oktyabr 2007 09:50 (UTC +04:00)
APA-nın məlumatına görə, forumda “Yeni dünya düzənində postsovet məkanının: gələcəyin strategiyasının müəyyənləşdirilməsi”, “MDB və Baltikyanı ölkələrin milli-informativ məkanı: bizi birləşdirən nədir?” və “Millətçilik və ksenofobiya: problemlərə qarşı necə mübarizə aparmalı?” mövzuları ətrafında müzakirələr aparılacaq. Konfransda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsi postsovet məkanının gələcəyinin müəyyənləşdirilməsi baxımından çox əhəmiyyətlidir. Forumda çıxış edən iştirakçılar növbəti bir neçə il üçün fəaliyyət proqramının hazırlanmasına dair təkliflər irəli sürüblər. Bu fikirləri dəstəkləyən Azərbaycan iqtisadi inkişaf nazirinin müavini Mikayıl Cabbarov MDB və Baltikyanı ölkələrin qarşılıqlı inteqrasiyasının, bu ölkələr arasında iqtisadi əlaqələrin inkişafının vacibliyini vurğulayıb. Forum öz işini davam etdirir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR