Bu ilin 9 ayı ərzində 20 yolayrıcında yeni işıqfor sahəsi qurulub

Bu ilin 9 ayı ərzində 20 yolayrıcında yeni işıqfor sahəsi qurulub
# 16 oktyabr 2007 08:36 (UTC +04:00)
2007-ci ilin 9 ayı ərzində hərəkətin işıqforla tənzimlənməsi üçün 20 yolayrıcında yeni işıqfor sahəsi qurulub. Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, ölkə ərazisindəki 59 işıqforda bərpa işləri aparılıb, 11-i ləğv edilib. Hesabat dövründə 1935 yol nişanı qoyulub və ya yenisi ilə əvəz edilib, küçə və yollarda 1,4 milyon poqonmetrdən artıq boya ilə cizgilənmə işi aparılıb. 2007-ci ilin 9 ayı ərzində 13368 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq nəticəsi üzrə müvafiq inzibati tədbirlər görülüb. “Sutkanın qaranlıq vaxtı piyada vurulması”, “Nizamlanmayan piyada keçidinin keçilməsi”, “Yol ayrıcında olan piyada keçidinin keçilməsi”, “Yolu keçərkən qaçmağın yaratdığı təhlükə” və “Ötmə əməliyyatının aparılması” və s. mövzularında 10 animasiya hazırlanıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR