Sabahdan Naxçıvan MR-da növbəti əmək yarmarkaları başlayır

Sabahdan Naxçıvan MR-da növbəti əmək yarmarkaları başlayır
# 16 oktyabr 2007 11:26 (UTC +04:00)
Oktyabrın 17-dən başlayaraq, Naxçıvan Muxtar Respublikasında əmək yarmarkaları keçiriləcək. APA-nın Naxçıvan bürosunun Məşğulluq İdarəsinə istinadən verdiyi məlumata görə, yarmarkalar Muxtar Respublikanın bütün bölgələrini əhatə edəcək. Artıq yarmarkaların keçirilmə qrafiki müəyyənləşdirilib. Müəssisələrin yarmarkalarda işaxtaranlara 400-dən artıq vakant yer təqdim edəcəkləri gözlənilir.
Qeyd edək ki, bu, Naxçıvan MR-da il ərzində keçirilən 3-cü əmək yarmarkasıdır. Bundan əvvəlki yarmarkalarda 300-dən artıq vətəndaş işlə təmin olunub. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR