Naxçıvanda təqaüdçülərin 60%-i plastik kartla təmin edilib

Naxçıvanda təqaüdçülərin 60%-i plastik kartla təmin edilib
# 16 oktyabr 2007 11:29 (UTC +04:00)
Naxçıvan şəhərində yaşayan təqaüdçülərin 60%-i plastik kartlarla təmin edilib. APA-nın Naxçıvan bürosunun Muxtar Respublikanın Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Naxçıvan şəhər şöbəsinin müdiri Həmzə Muradova istinadən verdiyi məlumata görə, hazırda 10 483 pensiyaçı qeydiyyatdadır. Onların 60%-i və ya 6 228 nəfəri pensiyalarını bankomatlar vasitəsilə alır. İlin sonuna qədər bu göstəricinin 80%-ə yüksələcəyi gözlənilir.
Qeyd edək ki, əhalinin plastik kartlarla təmin edilməsi işinə Azərbaycan Respublikasının Dövlət Pensiya Sisteminin Təkmilləşdirilməsi tədbirləri haqqında prezidentin fərmanının icrası ilə əlaqədar olaraq aparılır. Prosesə 2005-ci ilin II yarımilliyindən başlanılıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR