Yanvar-sentyabr aylarında Naxçıvan MR-də 910 sərxoş sürücü saxlanılıb

Yanvar-sentyabr aylarında Naxçıvan MR-də 910 sərxoş sürücü saxlanılıb
# 18 oktyabr 2007 11:03 (UTC +04:00)
Yanvar-sentyabr aylarında Naxçıvan Muxtar Respublikasında 910 sərxoş sürücü saxlanılıb. APA-nın Naxçıvan MR DYP İdarəsinə istinadən verdiyi məlumata görə, məsuliyyətə cəlb edilmələr ən çox - 3901 halda təhlükəsizlik kəmərindən istifadə edilməməsi ilə bağlı olub. 9 ayda Naxçıvan MR-də sürücülərdən 495-i sürücülük vəsiqəsi olmaması səbəbindən, 23-ü qırmızı işıqda keçməyə, 33 nəfər polisin tələbinə tabe olmadığına, 3 nəfər qəza şəraiti yaratdığına, 2281 nəfər isə avtomobili yüksək sürətlə idarə etdiyinə görə inzibati qaydada məsuliyyət cəlb edilib. Rəngli şüşədən istifadə hallarına görə isə pozuntu qeydə alınmayıb.
Yanvar-sentyabr aylarında Naxçıvan MR-də baş verən yol-nəqliyyat hadisələri zamanı 6 nəfər ölüb, 2 nəfər yaralanıb. İdarədən 9 ay ərzində 7 hadisənin baş verdiyi, ötən ilin müvafiq dövrü ilə istər hadisələrin, istərsə də ölüm faktlarının azaldığı bildirilir. 2006-cı ilik müvafiq dövrü ərzində baş vermiş 15 yol-nəqliyyat hadisəsi zamanı 10 nəfər ölüb, 14 nəfər yaralanıb.
Qeyd edək ki, Naxçıvan MR üzrə qeydiyyatda 19898 avtomaşın var. Cari ildə onların 13431-i (67,4%) texniki baxışdan keçirilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR