Respublika Seysmoloji Xidmət Mərkəzi Şəkidə seminar keçirib

Respublika Seysmoloji Xidmət Mərkəzi Şəkidə seminar keçirib
# 25 oktyabr 2007 14:34 (UTC +04:00)
Bu gün Şəkidə Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin təşəbbüsü ilə seminar keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, RSXM-nin baş direktoru Arif Həsənovun da qatıldığı seminarda Azərbaycanda seysmik müşahidələrin problemləri və bu sahədə mövcud vəziyyətdən danışılıb. A. Həsənov bildirib ki, Azərbaycan seysmik zonada yerləşir və ölkədə ilk seysmoloji stansiya 1902-ci ildə Şamaxıda tikilib. İkinci stansiya isə 1903-cü ildə Bakı şəhərində istifadəyə verilib. Bu müddət ərzində Azərbaycanda seysmik stansiyaların xidmətinin nəzərə çarpmadığını vurğulayan A. Həsənov yalnız 2000-ci ildə paytaxtda zəlzələ qeydə alındıqdan sonra mərkəzə ABŞ-dan 14 ədəd yeni aparatın gətirildiyini söyləyib: “Artıq biz həmin aparatların köməkliyi ilə ölkə ərazisində baş vermiş hər hansı zəlzələnin gücü barədə 1-2 dəqiqəyə məlumat ala bilirik”. Yaxın vaxtlarda daha 9 aparatın alınmasının nəzərdə tutulduğunu deyən A. Həsənov həmin avadanlıqların bölgələrdə quraşdırılacağını bildirib. Onun sözlərinə görə, ölkənin hər hansı bölgəsində iri miqyaslı tikinti işi aparılırsa, hökmən seysmik mərkəzdən icazə alınır. A. Həsənov 3 il əvvəl Nazirlər Kabineti tərəfindən belə bir qərarın qəbul edildiyini xatırladıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR