Gürcüstan müharibə veteranlarının problemlərinin həlli sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir

Gürcüstan müharibə veteranlarının problemlərinin həlli sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir
# 26 oktyabr 2007 11:12 (UTC +04:00)
Gürcüstan hökuməti müharibə veteranlarının sabit həyata adaptasiyası, onların problemlərinin həlli sahəsində Azərbaycanla təcrübə mübadiləsi aparmaq niyyətindədir. APA-nın məlumatına görə, bu barədə Tiflisdə səfərdə olan Azərbaycanın bir qrup hərbi yönümlü QHT-sinin nümayəndələri ilə görüşündə Gürcüstan Səhiyyə Nazirliyi yanında Veteranların İşləri üzrə Departamentin rəisi Nuqzar Saqarenşvili bildirib. Departament rəisi vurğulayıb ki, hər iki ölkədə çoxlu sayda müharibə veteranı var. Müharibə veteranları müntəzəm olaraq bu və digər ölkələrə səfərlər edir, yaşayış yerlərini dəyişirlər: “Biz bunu nəzərə alaraq, Azərbaycanla təcrübə mübadiləsi aparmaq, bir sıra məsələləri aydınlaşdırmaq istəyirik. Biz eyni zamanda Azərbaycanın veteran təşkilatları ilə də əməkdaşlıqda maraqlıyıq”.
Departament rəisi, həmçinin, vurğulayıb ki, hazırda Gürcüstanda müharibə veteranları üçün bir sıra güzəşt və imtiyazlar var. Məsələn, onlar üçün tibbi xidmət pulsuzdur. Veteranlara dövlət tərəfindən müəyyən həcmdə pulsuz qaz və elektrik enerjisi verilir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR