Azad Rəhimov Tatarıstanın gənclər, idman və turizm nazirini qəbul edib

Azad Rəhimov Tatarıstanın gənclər, idman və turizm nazirini qəbul edib
# 31 oktyabr 2007 10:52 (UTC +04:00)
Bu gün gənclər və idman naziri Azad Rəhimov Azərbaycanda səfərdə olan Rusiyanın Tatarıstan Respublikasının gənclər, idman və turizm naziri Marat Bariyevlə görüş keçirib. APA-nın xəbərinə görə, A. Rəhimov Bakının 2016-cı ildə keçiriləcək yay Olimpiya Oyunlarına ev sahibliyi iddiası ilə çıxış edən 7 şəhərdən biri olduğunu xatırladaraq son vaxtlar Azərbaycanın idman sahəsində böyük nailiyyətlər qazandığını, bu il ölkə idmançılarının vətənə 308 medal gətirdiyini deyib. M. Bariyev isə Azərbaycana ikinci dəfədir gəldiyini, aradan keçən 10 il ərzində Bakının çox dəyişdiyini bildirib: “Böyük tikintilər böyük imkandan, böyük imkan isə böyük gələcəkdən xəbər verir”. Tatarıstandakı Azərbaycan icması ilə daim əlaqə saxladıqlarını və onları hər zaman dəstəklədiklərini deyən M. Bariyev Azad Rəhimovu Kazana dəvət edib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR