Göyçayda kənd bələdiyyələrinin iştirakı ilə müşavirə keçirilib

Göyçayda kənd bələdiyyələrinin iştirakı ilə müşavirə keçirilib
# 31 oktyabr 2007 15:33 (UTC +04:00)
Göyçayda kənd bələdiyyələrinin iştirakı ilə müşavirə keçirilib. Göyçay Rayon İcra Hakimiyyətindən APA-ya verilən məlumata görə, tədbir Prezidentin İcra Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyası ilə birgə təşkil etdiyi və noyabrın 5-11-də keçiriləcək “Yerli demokratiya həftəsi”nə həsr olunub. Müşavirədə Göyçay RİH başçısı Mübariz Ağayev, Prezidentin İcra Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin sektor müdiri Ramiq Həşimov, Şəhər, Qəsəbə və Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri Şəmistan Yusifov, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının icra katibi M. Manafov, Bələdiyyələrin Yerli İnkişaf Layihəsi Mərkəzinin direktoru Vüsal paşayev və başqaları çıxış edərək, bələdiyyələr qarşısında duran vəzifələrdən söz açıblar. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR