Zaqatalada “Narkomanlıq ağ ölümdür” mövzusunda elmi-praktik konfrans keçirilib

Zaqatalada “Narkomanlıq ağ ölümdür” mövzusunda elmi-praktik konfrans keçirilib
# 05 noyabr 2007 15:48 (UTC +04:00)
Bu gün Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası Zaqatalada “Narkomanlıq ağ ölümdür” mövzusunda elmi-praktik konfrans keçirib. Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, konfransda gənclərin maarifləndirilməsi, bu yolla narkomanlığın qarşısının alınması mövzusunda çıxışlar dinlənilib, profilaktik tədbirlərin görülməsi müzakirə edilib. Tədbirə narkomaniya probleminə aidiyyəti olan nazirlik, komitə və təşkilatların nümayəndələri qatılıb. Növbəti tədbir noyabrın 6-da Balakən rayonunda keçiriləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR