BMT-nin baş katibi Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamani istismar edilməsinin qarşısının alınması günü münasibətilə müraciət yayıb

BMT-nin baş katibi Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamani istismar edilməsinin qarşısının alınması günü münasibətilə müraciət yayıb
# 05 noyabr 2007 17:02 (UTC +04:00)
BMT-nin baş katibi Ban Ki Mun Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamani istismar edilməsinin qarşısının alınması günü münasibətilə müraciət yayıb. BMT-nin Azərbaycandakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, müraciətdə bildirilir ki, hərbi münaqişələrin ən geniş yayılmış və dağıdıcı təsirlərindən biri insanların zorakılıq və təhlükədən xilas olaraq kütləvi şəkildə köçkünə çevrilməsidir: “Belə geniş miqyaslı əhali yerdəyişməsi saysız hesabsız insan iztirabına və iqtisadi fəaliyyətin pozulmasına səbəb olur. Onlar həmçinin ətraf mühitə, xüsusilə də, quraq və ekoloji cəhətdən deqradasiyaya uğramış ərazilərə ciddi ziyan vururlar. Bu il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Darfurda keçirdiyi qiymətləndirməsi nəticəsində müəyyən olunub ki, 2003-cü ildən bəri iki milyondan artıq insanın məcburi köçürülməsi onlar üçün salınmış daha böyük düşərgələr ətrafında meşələrin kəskin surətdə seyrəlməsinə, torpaqların deqradasiyasına və yeraltı su ehtiyatlarının kəskin istismarına səbəb olub. Təhlükəsizlik və inkişafa maneə törədə biləcək və sonrakı münaqişə və köçkünlüyə səbəb ola biləcək uzunmüddətli ekoloji problemlərdən yayınmaq istəyiriksə, ekologiya ilə bağlı məsələlərə əhəmiyyət verməliyik. Məhz bu səbəbdən BMT Baş Assambleyası altı il əvvəl Beynəlxalq ətraf mühitin müharibə və hərbi münaqişələr zamanı istismar edilməsinin qarşısının alınması gününü təsis etdi. Gəlin bu gün bu missiyaya çatmaq üçün üzərimizə götürdüyümüz öhdəliyi bir daha təsdiqləyək”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR