Ötən ay Azərbaycanda 3 062 PHS və mina aşkar edilərək zərərsizləşdirilib

Ötən ay Azərbaycanda 3 062 PHS və mina aşkar edilərək zərərsizləşdirilib
# 06 noyabr 2007 08:09 (UTC +04:00)
2007-ci ilin oktyabr ayı ərzində Azərbaycanın 714 720 kv/m (kvadrat metr) ərazisi yoxlanılıb və mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib. 3 062 PHS və mina aşkar edilərək zərərsizləşdirilib. Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, əməliyyatlarda 339 nəfər, həmçinin 6 mexaniki minatəmizləmə maşını və 30 minaaxtaran it iştirak edir. İndiyədək isə ümumilikdə 58 697 367 kv/m ərazi təmizlənib, 283 837 mina və PHS tapılaraq zərərsizləşdirilib.
ANAMA təmizləmə əməliyyatlarını Tərtər, Ağdam, Füzuli, Goranboy, Xocavənd və Ağstafa rayonlarında aparır.
Ötən ay ərzində mina/PHS hadisəsi qeydə alınmayıb. 2001-ci ilin sentyabrından müxtəlif mənbələrə istinadən aparılan statistikaya görə isə 91 hadisədə 56 nəfər həlak olub, 127 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR