Murtuza Muxtarov 185 ünvanında uçan binadan ev alan şəxslərdən bir qrupu mətbuat konfransı keçirib

Murtuza Muxtarov 185 ünvanında uçan binadan ev alan şəxslərdən bir qrupu mətbuat konfransı keçirib
# 06 noyabr 2007 13:18 (UTC +04:00)
Bu gün bu il avqustun 28-də Murtuza Muxtarov 185 ünvanında uçan binadan ev alan şəxslərdən bir qrupu mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, binadan ev alan Məmməd Eyvazov hadisə ilə bağlı yaradılan Dövlət Komissiyasının onlara kompensasiya ödəmək istəmədiyini deyib. Onların fikrincə, fors-major hadisə baş verdiyindən onlara kompensasiya ödənilməlidir: “Hətta bina qanunsuz olsaydı belə, biz bunu bilə bilməzdik. Bu binada ilk mənzillər 1991-ci ildən satılmağa başlayıb. Dövlət Komissiyasının sədri Abid Şərifov bizə heç bir kompensasiya gözləməməyi məsləhət bilib. O deyir ki, biz binanın yararsız olduğunu bilə-bilə oradan mənzil almışıq. Kim yararsız olduğunu bildiyi binadan mənzil alar?”
Baş nazirin müavini, Dövlət Komissiyasının sədri Abid Şərifov isə APA-ya vaxtının olmadığı üçün məsələyə münasibət bildirməsinin mümkünsüzlüyünü söyləyib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR